Logo

Embafinans 1 ildə 2 dəfə böyüdü – QAZANCI KƏSKİN ARTIB


Bank olmayan kredit təşkilatı “Embafinans” MMC 2019-cu ilin 9 ayını 2 milyon 640 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə təşkilatın xalis mənfəəti 84% artıb. “Embafinans” 2018-ci ilin 9 ayında 1 milyon 431 min manat xalis mənfəət əldə etmişdi.

İqtisadiyyat.az təşkilatın maliyyə göstəricilərinə istinadən xəbər verirki, xalis mənfəətin artması müştərilərə verilən kreditlərin artması ilə gəlirlərin sürətli artımındanq aynaqlanır. 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Embafinans”ın faiz gəlirləri 54% artaraq 6 milyon 124 min manat, haqq və komissiya gəlirləri isə 13% artaraq 1 milyon 101 min manat təşkil edib.

Ötən ilin Sentyabr ayı ilə müqayisədə “Embafinans” MMC-nin kredit portfeli 2 dəfə artaraq 30 Sentyabr 2019-cu il tarixində 37 milyon 920 min manata çatıb. Ötən ilin eyni tarixində təşkilatın kredit portfeli 19 milyon 50 min manat təşkil etmişdi.

Müştərilərə verilən kreditlərin kəskin artması ilə əlaqdar olaraq “Embafinans” böyüyüb, BOKT-un aktivləri 75% artaraq 44 milyon 746 min manata çatıb.

"Embafinans" 2012-ci ildən fəaliyyət göstərir. Təşkilatın nizamnamə kapitalı 10 milyon manatdır. 

Müqayisəli maliyyə göstəriciləri (2018 və 2019-cu illərin ilk 9 ayı ərzində)

 

 

 

 

 

2018 (9 ay)

2019 (9 ay)

 

 

 

MALİYYƏ NƏTİCƏLƏRİ:

 

Faiz gəlirləri

           3 975 006  

               6 123 537  

154%

Faiz xərcləri

-             905 917  

-             1 490 256  

165%

Xalis faiz gəliri

           3 069 089  

               4 633 281  

151%

 

 

 

 

Haqq və komissiya gəlirləri

               975 841  

               1 101 231  

113%

Haqq və komissiya xərcləri

-             240 188  

-                 385 729  

161%

Xalis əməliyyat gəliri

           3 804 742  

               5 348 783  

141%

 

 

 

 

İnzibati və digər əməliyyat xərcləri

-          2 016 085  

-             2 049 263  

102%

 

 

 

 

Vergidən əvvəlki mənfəət

           1 788 657  

               3 299 520  

 

Mənfəət vergisi

-             357 731  

-                 659 904  

 

Xalis mənfəət

           1 430 926  

               2 639 616  

184%

 

 

 

 

BALANS GÖSTƏRİCİLƏRİ:

 

Aktivlər

         25 558 538  

             44 746 119  

175%

Kredit portfeli

         19 049 812  

             37 920 183  

199%

Məcmu kapital

         14 683 801  

             16 195 944  

110%

 

 

 

 

Bank,
06.11.2019 12:39 11
Teqlər: