Logo

"ABŞ-da durğunluq ehtimalı aşağıdır"


"Goldman Sachs Group"un İcraçı direktoru (CEO) David Solomon ABŞ-da "güclü istehlakçı xərcləri" səbəbilə yaxın müddətdə durğunluq ehtimalının aşağı olduğunu söyləyib.

İqtisadiyyat.az xəbər verir ki, "Bloomberg International"a danışan Solomon, "Seçki dövrünə qədər bir durğunluq ehtimalının aşağı olduğunu düşünürəm, bəlkə  25% ehtimal... 9 ay əvvəl sizə bu ehtimalın daha aşağı olduğunu, 15% ətrafında olduğunu söyləyərdim. Qeyri-müəyyənliklər durğunluq riskini bir az artırıb. Ancaq iqtisadi məlumatlar və şirkətlərin maliyyə göstəriciləri yaxşı gəlir, ABŞ-lı istehlakçılar da  hələ çox güclüdürlər", - deyib.

Solomon sənaye və emalat sektorundakı pis gedişata da toxunaraq, "Ancaq ümumən baxıldığında yaxın müddətdə durğunluq ehtimalı aşağıdır",- deyib.

Solomon iqtisadiyyatın ümumi güclü gedişatı səbəbilə Fed-in daha çox faiz endiriməsinə gərək olmadığını qeyd edib  və "iqtisadi məlumatlara baxınca faizlərin daha da düşməsi çaşdırıcı olar" şərhini edib.

ABŞ - Çin ticarət riskinə toxunan CEO, burada da razılaşma işarələri olduğunu söyləyib. marja

Dünya,
05.11.2019 17:33 16
Teqlər: