Logo

Səngəçal terminalından 198 mln. bareldən çox neft və kondensat ixrac olunub


Bu ilin yanvar-sentyabr ayları ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

BP-dən “APA-Economics”ə verilən məlumata görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün təqribən 80 mln. standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 mln. kubmetrdir.

Hesabat dövründə terminal 198 mln. bareldən çox neft və kondensat, o cümlədən 178 mln. bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 20 mln. bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Bu ilin üç rübü ərzində terminaldan həmçinin gündəlik orta hesabla 44 mln. standart kubmetr “Şahdəniz” qazı ixrac edilib.

Birja,
05.11.2019 18:45 11
Teqlər: