Logo

Bu avtomobillərin idxalı əlavə dəyər vergisindən azad edilib


"Mövcud normativ-hüquqi aktlarda stimullaşdırıcı tədbirlərin təsbit edilməsinə baxmayaraq, ölkə ərazisinə idxal olunan elektromobillərin sayında artım müşahidə edilib.

iqtisadiyyat.az xəbər verir ki, bu ilin 9 ayı ərzində ölkə ərazisinə 112 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal olunub ki, bunlardan da 5-i minik nəqliyyat vasitəsidir.

Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 164.1.41-ci bəndinə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillərin 2019-cu il yanvarın 1-dən etibarən ölkə ərazisinə idxalı əlavə dəyər vergisindən azad edilib". Bu fikirləri mətbuata açıqlamasında Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov səsləndirib.

Avto,
05.11.2019 11:09 21
Teqlər: