Logo

Azərbaycanın yeraltı anbarlarına 3 mlrd. kubmetrə yaxın qaz vurulub


Bu ilin qazvurma mövsümündə (noyabrın 1-nə olan məlumata əsasən) Azərbaycanın yeraltı qaz anbarlarına 2 219 648 kubmetr qaz vurulub.

Bu barədə Azərbaycanın neft-qaz bazarında fəaliyyət göstərən mənbə bildirib.

Qeyd edək ki, Azərbaycanda iki yeraltı qaz anbarı mövcuddur. "Qalmaz" və "Qaradağ" yeraltı qaz anbarlarının tutumu 3,5 mlrd. kubmetr təşkil edir. Anbarların hər ikisi də SOCAR-ın tabeliyindədir.

Belə ki, mənbənin sözlərinə görə, mövsüm zamanı vurulan qazın 1 249 607 min kubmetri "Qaradağ", qalanı isə "Qalmaz" qaz anbarının payına düşüb.  

Bu ilin 1 noyabr tarixinə olan məlumata görə – yeraltı qaz anbarlarında 2 989 123 min kubmetr qaz yığılıb (ötən mövsümdən qalıqla birlikdə – red.). Bu həcmin 1 645 268 min kubmetri "Qaradağ", yerdə qalan həcmi isə "Qalmaz" qaz anbarlarında yığılıb, mənbə bildirib.

"Qazvurma mövsümü hələ davam etdirilir", - deyə mənbə əlavə edib.

Xatırladaq ki, SOCAR 2021-ci ilin sonunadək "Qalmaz" və "Qaradağ" yeraltı qaz anbarlarının tutumunu 5 mlrd. kubmetrə çatdırılmasını planlaşdırır.(Apa.az)

Sənaye,
04.11.2019 14:39 19
Teqlər: İqtisadiyyat.Az, sənaye,