Logo

Tikintidə 81 mindən çox əmək müqaviləsi imzalanıb


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 162 səyyar monitorinq həyata keçirilib.

Mərkəzə istinadən verilən xəbərə görə, monitorinq edilmiş işçilərin sayı 6306, monitorinq edilmiş işəgötürənlərin sayı 309 olub.

Monitorinq zamanı qeyri-rəsmi məşğulluq səviyyəsi 19,9% təşkil edib.

Monitorinqlərin keçirilməsindən sonra 81192 əmək müqaviləsi imzalanıb.(marja)

Əmlak,
04.11.2019 23:31 13
Teqlər: İqtisadiyyat.Az, əmlak,