Logo

Azərbaycanda benzin istehsalı bərpa edildi


SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan dövrü təmir işləri başa çatdırılıb və işi bərpa olunub.

Bunu  SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, NEZ işini bir neçən gün əvvəl bərpa edib.

İşçi komandanın gərgin və fasiləsiz əməyi nəticəsində zavodda 4 əsas qurğu: dizel və reaktiv mühərrik yanacağı istehsal edən ilkin emal qurğusu, əsasən benzin və maye qazlar kimi istehlak məhsullarını istehsal edən katalitik krekinq qurğusu, digər neft məhsulları istehsal edən kokslaşdırma, katalitik riforminq qurğuları əsaslı təmir olunaraq istismara verilib.

Xatırladaq ki, NEZ-də yeni ELOU-AVT, katalitik krekinq, katalitik riforminq, naftanın hidrotəmizlənməsi, vakuum qazoylun hidrotəmizlənməsi, amin regenerasiya və əlavə hidrogen istehsalı qurğularının tikintisi nəzərdə tutulub.

Paralel olaraq, 2021-ci ildə ölkədə Avro-5 standartlarına cavab verən avtomobil yanacaqlarının istehsalının yaradılması, yeni qurğuların istismara verilməsinə qədər mövcud qurğuların növbəti 4-5 il ərzində etibarlı istismarının təmin edilməsi məqsədi ilə adıçəkilən qurğularda müəyyən kiçik yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Yenidənqurma və modernizasiya işlərinin aparılmasından sonra NEZ-in gücü 6 mln. tondan 7,5 mln. tona çatdırılacaq. BNEZ-in modernləşdirilməsi və yenidən qurulması layihəsi 2025-ci ilədək başa çatdırılacaq.

Sənaye,
04.11.2019 20:15 22
Teqlər:
İstinad: Marja