Logo

Mərkəzi Bankın valyuta ehtiyatları 6,1 milyardı ötüb


Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

İqtisadiyyat.Az AMB-yə istinadən xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2019-cu il oktyabr ayının 31-nə 6 mlrd. 144,7 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 608,3 mln. dollar və ya 11% çoxdur.

Oktyabr ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 110,6 mln. dollar və ya 1,8% artıb.

Bank,
04.11.2019 11:25 13
Teqlər: İqtisadiyyat.Az, bank,