Logo

“Amrahbank”ın faiz gəlirləri 45 faizdən çox artıb


“Amrahbank”ın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Bankdan “Marja”ya daxil olmuş press-relizdə bildirilir ki, 2019-cu ilin 3-cü rübünün sonuna “Amrahbank”ın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 710 min manat və ya 45.3 faiz artaraq 8,7 milyon manat təşkil edib.

Bankın depozit portfelində də atrım baş verib. 30 sentyabr 2019-cu il tarixinə bankın müştəri hesabları, o cümlədən müddətli və tələbli depozitlər 163 milyon 390 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 900 min manat və ya 1.17 faiz çox deməkdir.

30 sentyabr 2019-cu ilin sonuna olan məlumata görə, “Amrahbank”ın kredit portfeli 100 milyon 226 min manat təşkil edib.

“Amrahbank”ın press-relizində mənfəət və ya zərərin məbləği, cəmi aktivlər, kapital barədə məlumatlar verilməyib. 

Bank,
04.11.2019 10:21 17
Teqlər: İqtisadiyyat.Az, bank,