Logo

"PAŞA Həyat Sığorta"nın əməkdaşı yeni vəzifəyə təyin olundu


“Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

“Azərikimya” İB-də baş tutan iclasda “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev, Müşahidə Şurasının üzvləri – İmran Arzumanzadə, Vaqif Ömərov, Teymur Səmədov, Telman Salahov və Abdulla Məmmədov iştirak ediblər.

Toplantıda əsas komandanın çıxışı, akademiyanın cari mövsümdəki fəaliyyəti, klubun infrastrukturu ilə bağlı yeni laihələr, Müşahidə Şurasına yeni üzvlərin seçilməsi və digər məsələlər müzakirə edilib. 

Yekunda "Kapital Bank" ASC-nin Müştəri Menecmenti və Məhsullar Departamentinin direktoru Fərid İslamov, həmçinin "PAŞA Həyat Sığorta" ASC-nin Satış kanalları və Marketinq departamentinin direktoru Vüsal Nağıyevin şuraya üzv seçilməsi iclas iştirakçıları tərəfindən yekdilliklə qəbul olunub.

İclasın sonunda Müşahidə Şurası tərəfindən klubun rəhbərliyinə bəzi məsələlərlə bağlı müxtəlif tapşırıqlar verilib.(Marja)

Sığorta,
01.11.2019 16:48 27
Teqlər: İqtisadiyyat.Az, sığorta,