Logo

Elektron ticarət vergidən azad edilsin - Mərkəzi Bankdan TƏKLİF


“Azərbaycan Mərkəzi Bankı (AMB) elektron ticarətə tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) mənfi təsiri ilə bağlı Vergilər Nazirliyi ilə danışıqlar aparır”.

İqtisadiyyat.Az xəbər verir kı, bunu jurnalistlərə açıqlamasında AMB sədrinin I müavini Alim Quliyev deyib.

“Bu məsələ ilə bağlı təkliflərimiz var. Nağdsız cəmiyyətin inkişafı, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması baxımından vergi inzibatçılığının müasirləşdirilməsi çox mühüm məsələdir. Son illər nazirlik bu istiqamətdə bir sıra islahatlar həyata keçirir. ƏDV-nin elektron ticarətə əngəl olması məsələsi daima gündəmdədir. Yəni, növbəti mərhələlərdə bu məsələyə baxılacaq və müvafiq addımlar atılacaq", - o qeyd edib.

Bank,
01.11.2019 13:07 16
Teqlər: İqtisadiyyat.Az, bank,
İstinad: Report