Logo

Azərbaycanda bu il pambıq yığımı üzrə orta məhsuldarlıq artıb


Azərbaycanda pambıq yığımı sahəsində ötən ilə olan orta məhsuldarlıq 17,5 sentner ətrafında idisə, artıq bu ilə məhsuldarlıq 26 sentnerə çatdırılıb.

Redaktor.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, hazırda 260 min tondan çox pambıq yığımı həyata keçirilib.

Nazir həmçinin əlavə edib ki, ümumilikdə həm heyvandarlıq, həm də bitkiçilik sahəsi üzrə 9 ayın nəticələrinə əsasən 7,1%-lik artım müşahidə olunub, bu ayın statistikası isə tezliklə açıqlanacaq.

Aqrar,
01.11.2019 19:00 27
Teqlər: İqtisadiyyat.Az, aqrar,