Logo

“Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti təxminən 40% artıb


“Yapı Kredi Bank Azərbaycan” QSC  2019-cu ilin yanvar-sentyabr dövrünü 3 milyon 773 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 68 min manat və ya 39,5% çoxdur.

“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə  2019-cu ilin yanvar - sentyabr dövründə “Yapı Kredi Bank Azərbaycan” QSC-nin faiz gəliləri  4,1% azalaraq 24 milyon 953 min manat,  qeyri- faiz gəlirləri isə 14% azalaraq 10 milyon786 min manat təşkil edib.

Müqayisə olunan dövrdə Bankın faiz xərcləri 39,2% azalaraq 2 milyon 301 min manat, qeyri - faiz xərcləri isə 3,1% azalaraq 21 milyon 611 min manat təşkil edib.

2019-cu ilin 9 ayı ərzində “Yapı Kredi Bank Azərbaycan”ın cəmi gəlirləri 35  milyon 739 min manat, cəmi xərcləri isə 23 milyon 912 min manat təşkil edib. Nəticədə Bankın 11  milyon 828 milyon manat əməliyyat mənfəəti formalaşıb. Əməlyyat mənfəətindən 6 milyon 988 min manat ehtiyata ayrılıb və 1 milyon 261 min manat mənfəət vergisi ödənilib. Nəticədə 3 milyon 773 min manat xalis mənfəət qalıb.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 9 ay ərzində “Yapı Kredi Bank Azərbaycan”ın cəmi gəlirləri 38 milyon 569 min manat, cəmi xərcləri isə 26 milyon 95 min manat təşkil edib. Nəticədə Bankın 12  milyon 474 milyon manat əməliyyat mənfəəti formalaşmışdı. Əməlyyat mənfəətindən 8 milyon 691 min manat ehtiyata ayrılmış və 1 milyon 78 min manat mənfəət vergisi ödənilmişdi. Nəticədə Bankın 2 milyon 705 min manat xalis mənfəəti qalmışdı.

“Yapı Kredi Bank Azərbaycan”ın əməliyyat mənfəətinin 12 milyon 474 milyon manatdan 11  milyon 828 milyon manata düşməsinə baxmayaraq xalis mənfəətinin 39,5% artması mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaların azalması ilə bağlıdır.

Bank,
31.10.2019 15:39 21
Teqlər: İqtisadiyyat.Az, bank,