Logo

Nazir: Bakalavr və magistr səviyyələrinə uyğun ixtisasların genişləndirilməsi üçün iş aparılır


Hazırda Təhsil Nazirliyi bakalavr və magistr səviyyələrinə uyğun olan ixtisasların genişləndirilməsi istiqamətində iş aparır.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən tələbənin bakalavr ixtisası ilə magistr ixtisası arasında uyğunluq olmalıdır: "Magistr təhsili bakalavr təhsilinin davamını təşkil edir. Hazırda bakalavr və magistr səviyyələrində nisbətən yaxın olan ixtisasların genişləndirilməsi istiqamətində Təhsil Nazirliyində işçi qrupu səviyyəsində işlər aparılır. İşlər yekunlaşdıqdan sonra hökumətə təkliflərimizi təqdim edəcyik".

Təhsil,
31.10.2019 23:38 18
Teqlər: İqtisadiyyat.Az, təhsil,