Logo

Sosial evlərin MAYA DƏYƏRİ neçəyə başa gəlir? - AÇIQLAMA


Ölkənin mənzil inşaat bazarında sosial evlərin tikintisi ilə məşğul olan Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli mənzillərin satışıyla məşğul olur.

Agentliyin təklif etdiyi evlərin bir kvadrat metri 950 manatdan hesablanır. Bir mənzilin qiyməti minimum 30 min manata başa gəlir. 

Maraqlıdır, dövlət torpaqlarında inşa olunan həmin evlərin bəs maya dəyəri nə qədərdir?

Bununla bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı-ekspert Qadir İbrahimli bildirib ki, həmin evlər sosial mənzillər sayılmır:

“Mənzil İnşaat Agentliyi də bildirir ki, həmin evlər kommersiya fəaliyytiylə məşğul olan tikinti şirkətidir. Onlar bazar qiymətlərinə uyğun qiymətlər təyin edirlər. Mənzillərin maya dəyərinə gəlincə, təəssüf ki, Mənzil İnşaat Agentliyinin rəsmisi bu barədə açıqlama vermək istəmir. Əslində, dövlət agentliyi olduğu üçün bu məsələ ictimaiyyətə açıq olmalıdır. Mənzilin maya dəyəri, neçiyə başa gəlməsi gəstərilməlidir. Mənzillərin bir kvadrat metri insanlara 950 manatdan təklif olunur. Bu, bazar qiymətindən 10-15% ucuzdur.

Digər təfərdən, agnetliyin bazarda digər tikinti şirkətindən üstün cəhəti də var. Torpaq onlara pulsuz verilib. Mənzillərin inşa olunduğu torpaq dövlət torpaqlarından ayrılıb. Dözlət şirkəti olduğu üçün özəl şirkətlərə yaradılan baryerlər onlara yaradılmır. Onlar rəqabət mühitində kifayət qədər imtiyazlı bizneslə məşğul olurlar. Onların qiyməti özəl şirkətlərin qiymətindən fərqlənmir. Hətta onlarla eyni şərtlər irəli sürürlər”.

Qeyd edək ki, yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir. 

Əmlak,
31.10.2019 13:12 765
Teqlər: İqtisadiyyat.Az, əmlak,