Logo

Sosial şəbəkələrin işində qüsurlar yaranıb


"Facebook", "WhatsApp" və "İnstagram" sosial şəbəkələrinin istifadəçiləri xidmətlərin işlərində qüsurlarla üzləşiblər.

İqtisadiyyat.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı məlumat yayıb.

Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən ABŞ, Braziliya, Birləşmiş Krallıq, Almaniya, Hollandiya və İtaliyada müşahidə edilir.

Bildirilir ki, istifadəçilərin əsas şikayətləri sosial şəbəkələrin xəbər lentinə və eləcədə öz hesablarına daxil ola bilməmələri ilə əlaqədardır.

Hər üç sosial şəbəkə xidmətləri "Facebook"-ka məxsusdur.

İKT,
31.10.2019 09:26 42
Teqlər: İqtisadiyyat.Az, İkt,