Logo

İlham Əliyev icra başçısını təltif etdi


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsmayıl Məhərrəm oğlu Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İsmayıl Məhərrəm oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, İsmayıl Vəliyev 26 aprel 2011-ci ildə Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.

Sənədlər,
30.10.2019 17:40 29
Teqlər: İqtisadiyyat.Az, sənədlər,