Logo

Azərbaycanda problemli kreditlər ilin əvvəlindən 9% azalıb


Bu ilin oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 442,9 mln. manat təşkil edib ki, bu da son bir ayda 48,4 mln. manat və ya 3,2% azdır.

İqtisadiyyat.Az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, ölkədə problemli kreditlərin həcmi cari ilin əvvəlindən 142,1 mln. manat və ya 9%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 305,8 mln. manat və ya 17,5% azalıb.

Bank,
30.10.2019 17:03 18
Teqlər: İqtisadiyyat.Az, bank,