Logo

Nazirlik 70 min manatlıq xidməti avtomobil alıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti "Toyota" marklı xidməti avtomobil alıb.

İqtisadiyyat.Az dövlət satınalmaları reyestinin məlumatlarına istinadən xəbər verir ki, qurum satınalma müqabilində "Toyota Gəncə Mərkəzi" MMC-yə 68 min 700 manat ödəyib.

Xatırladaq ki, Dövlət Məşğulluq Xidməti bu ayın 22-də 2 lot üzrə xidməti minik avtomobillərinin alınması üzrə açıq tender elan edib. Birinci lot üzrə 1 ədəd C sinfinə, 2-ci lot – 3 ədəd D sinfinə aid sedan avtomobilləri alınacaq. “Toyota”nın Azərbaycan üzrə rəsmi səhfəsində təklif olunan avtomobillərin təthlili göstərir ki, söhbət “Toyota Camry”dən gedir.

Əmlak,
30.10.2019 16:28 25
Teqlər: İqtisadiyyat.Az, əmlak,