Logo

Azərbaycan əhalisinin banklardakı əmanətləri son bir ildə 5% artıb


Bu ilin oktyabr ayının 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 8 605,3 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ölkə əhalisinin banklardakı əmanətləri son bir ayda 43,5 mln. manat və ya 0,5% artıb.

Cari ilin əvvəlinə nisbətən bu göstərici 229,9 mln. manat və ya 2,7%, son bir ildə isə 406,2 mln. manat və ya 4,9% artıb.

Bank,
30.10.2019 21:29 16
Teqlər: İqtisadiyyat.Az, bank,