Logo

Ləğv prosesində olan banklardan kreditor tələbi olan fiziki şəxslərin nəzərinə


Ləğv prosesində olan “Atrabank” ASC”, “Royalbank” ASC, “Kredobank” ASC, “Zaminbank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, QSC “Bank Standard” KB, “Yunayted Kredit Bank” ASC, “Texnikabank” ASC, “Dəmirbank” ASC və “Gəncəbank” ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək olan kreditor tələblərinin ödənilməsi davam edir.

Bununla bağlı Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Kreditor tələbinin ödənilməsi nağdsız qaydada “Kapitalbank” ASC vasitəsilə həyata keçirilir.

Ləğv prosesində olan banklarda kreditor tələbi olan fiziki şəxslərdən “Kapitalbank” ASC-nin müvafiq filiallarına şəxsiyyətlərini təsdiq edən sənədlə müraciət olunması xahiş olunur.

Bank,
30.10.2019 12:17 23
Teqlər: İqtisadiyyat.Az, bank,