Logo

Daha bir bankın vəziyyəti məlum oldu - KİÇİLİB, ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB


“Bank Avrasiya” ASC 2019-cu ilin yanvar – sentyabr (9 ay) dövrünü 5 milyon 926 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. “Bank Avrasiya” ASC 2019-cu ilin yanvar – sentyabr dövrünü 2 milyon 674 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəət əvvəlki dövrlər mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan azadolma hesabına kəskin artıb. Bankın cari biznes fəaliyyətinin nəticəsini daha dəqiq göstərən əməliyyat mənfəəti azalıb. Səbəb müştərilərə veilən kreditlərin azalması ilə faiz gəlirlərinin də azalmasıdır.

FAİZ GƏLİRLƏRİ AZALIB

“Marja” Bankın rüblük maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Bank Avrasiya”nın faiz gəlirləri 689 min manat və ya 7,6% azalaraq 8 milyon 409 min manat təşkil edib. Bank 2018-ci ilin yanvar-sentyabr dövründə 9 milyon 98 min manat faiz gəliri əldə etmişdi.

2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Bank Avrasiya”nın qeyri-faiz gəlirləri isə 240 min manat  və ya  24%  artaraq 1 milyon 242 min manat təşkil edib. Bank 2018-ci ilin yanvar-sentyabr dövründə 1 milyon 2 min manat qeyri-faiz gəliri əldə etmişdi.

Faiz gəlirlərinin daha çox azalması qeyri-faiz gəlirlərindəki artımı silib. 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Bank Avrasiya”nın cəmi gəlirləri 449 min manat azalaraq 9 milyon 651 min manat təşkil edib. Bank ötən ilin 9 ayında 10 milyon 100 min manat cəmi gəlir əldə etmişdi.

2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Bank Avrasiya”nın faiz xərcləri 227 min manat və ya 11% azalaraq 1 milyon 840 min manat, qeyri-faiz xərcləri isə 199 min manat artaraq 3 milyon 586 min manat təşkil edib.

2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Bank Avrasiya”nın cəmi xərcləri 28 min manat azalaraq 5 milyon 425 min manat təşkil edib. Bank ötən ilin 9 ayında 5 milyon 453 min manat xərc çəkmişdi.

ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB

Cəmi gəlirlərin 449 min manat azalması ilə bərabər cəmi xərclərin 28 min manat azalması nəticəsində “Bank Avrasiya”nın əməliyyat mənfəəti 421 min manat azalaraq 4 milyon 226 min manata düşüb. Ötən ilin 9 ayında əməliyyat mənfəəti 4 milyon 647 min manat təşkil etmişdi.

2019-cu ilin yanvar-sentyabr dövründə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan 1 milyon 699 min manat olub və “Bank Avrasiya”nın mənfəəti 5 milyon 926 min manata yüksəlib. Bank ötən ilin eyni dövründə 4 milyon 647 min manat əməliyyat mənfəətinin 1 milyon 973 min manatını ehtiyata ayırdığından mənfəəti 2 milyon 675 min manata düşmüşdü.

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR AZALIB

“Bank Avrasiya” 30 Sentyabr 2019-cu il tarixində 164 milyon 387 min manat cəmi aktivlərə malik olub, aktivlərin 90 milyon 39 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Ötən ilin eyni tarixində Bankın cəmi aktivləri 164 milyon 765 min manat, o cümlədən müştərilərə verilən kreditlər 92 milyon 547 min manat təşkil etmişdi. Bankın cəmi aktivləri 378 min manat, kredit portfeli isə 2 milyon 509 min manat və ya 2.7% azalıb.

DEPOZİTLƏR AZALIB

30 Sentyabr 2018-ci il tarixi ilə müqayisədə Bankda depozitlər 6 milyon 808 və ya 12,7% azalaraq 46 milyon 888 min manata düşüb. Bankda fiziki şəxslərin depozitləri 10 milyon 460 min manat azalaraq 37 milyon 974 min manata geriləyib.

CƏMİ KAPİTALI ARTIB

30 Sentyabr 2019-cu il tarixində “Bank Avrasiya” 70 milyon 100 min manat cəmi kapitala malik olub. Ötən ilin eyni tarixində cəmi capital 61 milyon 508 min manat təşkil etmişdi. Artımın səbəbi xalis mənfəətdir.

Bank,
30.10.2019 09:43 27
Teqlər: İqtisadiyyat.Az, bank,