Logo

İlham Əliyev Heydər Əsədovu təltif etdi


Prezident İlham Əliyev Heydər Əsədovun təltif edilməsi haqqında sərəncam imzalayıb

Sərəncama əsasən, Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə Heydər Xanış oğlu Əsədov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, H.Əsədov Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə 2011-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

O, 3 aprel 2019-cu ildən Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsində çalışır.

Sənədlər,
29.10.2019 14:55 19
Teqlər: İqtisadiyyat.Az, sənədlər,