Logo

“Rabitəbank”ın maliyyə vəziyyəti məlum oldu


“Rabitəbank” ASC bu ilin yanvar-sentyabr aylarını 7,621 milyon manat mənfəətlə başa vurub.

İqtisadiyyat.Az xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 16 dəfə çoxdur.

9 ay ərzində “Rabitəbank”ın gəlirləri 38,159 milyon manat (illik müqayisədə 14,3% çox), xərcləri 27,639 milyon manat (2,4% çox), xüsusi ehtiyatlara ayırmaları isə 2,898 milyon manat (47,6% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Rabitəbank”ın aktivləri 653,732 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,4% azdır. Bunun 325,521 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 27,2% böyüyüb.

Hesabat dövründə “Rabitəbank”ın öhdəlikləri 2,3% azalaraq 556,273 milyon manata, o cümlədən depozit portfeli 11,9% azalaraq 432,17 milyon manata düşüb, balans kapitalı isə 12% artaraq 97,46 milyon manata çatıb.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6%-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 30%-i Validə Abbasovaya, 1,48%-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11%-i Dilarə Nuriyevaya, 7,6%-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07%-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14%-i isə 12 hüquqi şəxsə məxsusdur.

Bank,
28.10.2019 21:30 18
Teqlər: İqtisadiyyat.Az, bank,
İstinad: Report