Logo

Mərkəzi Bank 150 milyon manat cəlb edir - HƏRRAC


Oktyabrın 28-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

İqtisadiyyat.Az xəbər verir ki, AMB-dən bildirilib ki, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,01-7,74 faiz təşkil edir.

Bank,
26.10.2019 10:48 28
Teqlər: İqtisadiyyat.az, bank, maliyyə,