Logo

Azərbaycan vətəndaşlarının neçə faizinə - HAKERLƏR HÜCUM EDİB?


“Kaspersky” şirkəti kibertəhlükəyə məruz qalan Azərbaycanlıların statistikasını hazırlayıb.

FED.az xəbər verir ki, “İnnoweek 2019” çərçivəsində “Kaspersky” şirkətinin kibertəhlükəsizlik mövsusunda keçirilən tədbirində Azərbaycanın 2019-cu ilin yanvar-senyabr ayları üzrə kibertəhlükənin landşaftı göstərilib.

Statistik məlumatları təqdim edirik:

Azərbaycanda internet istifadəçilərin 42%-i kiberhücuma uğrayıb.

İstifadəçilərin 52%-i lokal təhlükələrlə qarşılaşıb.

Korporativ istifadəçilərin 13%-i şəbəkədə kiberhücuma uğrayıb.

Korporativ istifadəçilərin 35%-i lokal təhdidlərlə üzləşir

İstifadəçilərin yüzdə 1%-i bank troyanları tərəfindən hücuma uğrayıb.

Smartfon istifadəçilərinin 3%-i zərərli proqramlar tərəfindən hücuma məruz qalıb.

İKT,
26.10.2019 10:45 24
Teqlər: İqtisadiyyat.az, İkt,