Logo

Azərbaycan, 2020-də beynəlxalq tədbirlərin keçirilməsi xərcini açıqladı


2020-ci ildə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə dövlət büdcəsindən 222 milyon manat (130,3 milyon dollar) yaxud büdcənin xərc hissəsinin 0,82%-i yönəldiləcək.

Maliyyə Nazirliyinin məlumatına görə, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün xərclər bu illə müqayisədə 76,2 milyon manat artacaq.

2020-ci ildə beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün cəmi 231,5 milyon manat vəsait proqnozlaşdırılır.(Marja)

Vergi,
25.10.2019 17:09 33
Teqlər: İqtisadiyyat.Az, vergi,