Logo

Mənzil satışında ümidləri doğruldan layihə - “Media Kənd” yolunuzu gözləyir!


Mənzil alışı  bir əmlakın, bir dəmir-beton sahəsinin alışı deyil! Mənzil alışı arzuları reallaşdırmaq, illərlə qurulan xəyyalları gerçəkləşdirmək, ümidləri doğrultmaq deməkdir. Buna görə də mənzil satışını həyata keçirən şirkətlərin bu məsələyə çox həssas yanaşmaları lazımdır. Çünki hər bir mənzil bir ailə üçün yeni bir arzular qaynağıdır.

Lakin hər şirkət bu həssaslığa diqqətlə yanaşmır, müştərilərinin istəklərinə hörmətlə yanaşmır. Və hər bir müştəridə bu məsələdə ola biləcək təhlükələrdən və xəyal qırıqlığından özünü sığortalaya bilmir. Təbii ki, analoji hal Azərbaycanda etibarı ilə seçilən tikinti şirkətlərinə şamil olunmur. 

Baku City Residence Premium Yaşayış Kompleksi də bu sıralarda öndə gəlir. Şirkətin əsas hədəfi insanlara fərqli konseptə malik yaşayış komplekslərində mənzil əldə etmək imkanı yaratmaqdır.

Sözügedən şirkət layihələrində yer seçiminə, qiymət uyğunluğuna, satışdan sonrakı xidmətə və mənzillərin fərdiliyinə xüsusi diqqət yetirir. Baku City Residence layihəsi öz unikal dizaynına və cəlbediciliyinə görə digər layihələrdən fərqlənir.

“Media kəndi” kimi tanınan Baku City Residence Premium Yaşayış Kompleksinin satışı davam edir. Etibarlılığı öncül olan “Müasir yaşayış tərziniz”in əsas ünvanı Baku City Residencenin əsas üstünlükləri:

Şəhərin ən əhəmiyyətli yerində - Heydər Əliyev prospektində yerləşməsi;

Paytaxtın bütün istiqamətlərinə, o cümlədən Hava limanına rahat gediş-gəliş imkanı; 

Bir çox dövlət idarələrinə, həmçinin, Bravo Hipermarketə, ASAN Xidmətə, “Koroğlu” Metrostansiyasına, avtobus dayanacaqlarına 2 dəqiqəlik məsafədə yerləşməsi;
Məktəb, uşaq bağcası, uşaq parkı, idman və Spa mərkəzi, kafe və restoranlarla əhatə olunması. 

Geniş ərazini əhatə edən sahədə tikinti işləri başa çatdırılmışdır. “Şəhər içində şəhər” konseptində olan layihənin əsas fərqli cəhəti mənzillərin genişliyidir. Belə ki, layihədə müxtəlif ölçülü və mötəşəm panoramalı mənzillər var. Mənzillər çıxarışlarla təmin olunur.

Yaşayış yerində hər mənzilə bir ədəddən çox qaraj yeri də nəzərdə tutulub. Binalar səssiz liftlər, Almaniya istehsalı qapı və pəncərələr, 24 saat su təchizatı, mərkəzi elektrik təchizatı və generator, rəqəmsal tv, internet və telefon sistemlərilə təchiz olunub. Binalarda təhlükəsizlik sistemi də yüksək səviyyədə qurulub.

Layihənin fərqlilikləri

“Geniş Mənzil” konsepti sakinlərin fərdi şəkildə, dostlarla və ya ailə ilə bərabər vaxt keçirəcəyi, istirahət edəcəyi və əylənəcəyi sahələri əhatə edən yenilikçi bir ideyadır. Məsələn, siz dostlarınızla kinoya baxmaq istəyirsinizsə, o zaman kiçik ödənişlə Mini Kinotetr-ı bron edirsiniz və istədiyiniz filmə baxırsınız.

“Fərdi Otel” konsepti yüksək xidmətlərin istifadəsində maraqlı olan sakinlər üçün nəzərdə tutulub. Əgər mənzilinizdə oteldəki kimi xidmətlər istəyirsinizsə, o zaman bu konsept tam sizə uyğundur. Konseptin prinsipinə görə, sakin oteldə olan bütün xidmətləri daha uyğun qiymətə istədiyi vaxt sifariş verə bilər. Məsələn, qonaqlarınızın özəl qarşılanmasını istəyirsinizsə kiçik ödənişlə “Qonaq qarşılama” xidmətindən istifadə edə bilərsiniz.

Şəhərin aktiv canlılığını qorumaqla “ALL-İN-ONE” tipli Yaşayış Kompleksi artıq yeni yaşayış standartına çevrilib. “ALL-İN-ONE” konseptində bütün sosial ehtiyaclar yaşadığınız məkanda qarşılanır və bunun üçün layihədə müxtəlif sosial infrastrukturlar – açıq əyləncə və istirahət sahələri, açıq idman sahələri, alış-veriş mərkəzi, ehtiyaca uyğun müxtəlif mağazalar nəzərdə tutulub.

Baku City Residence - Müasir yaşayış tərziniz!

Ünvan: Heydər Əliyev prospekti 189.

Əlaqə: 121

(+994 50) 750 11 21

www.bcr.az

https://www.facebook.com/bakucityresidence/

https://www.instagram.com/baku_city_residence/

Biznes,
24.10.2019 11:42 372
Teqlər: