Logo

Prezident Akif Əlizadəni təltif etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Akif Ağa Mehdi oğlu Əlizadənin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasında elmin inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Akif Ağa Mehdi oğlu Əlizadə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Sənədlər,
23.10.2019 16:47 22
Teqlər: İqtisadiyyat.Az, sənədlər,