Logo

Pambıq yığımına dair operativ məlumat


Oktyabrın 23-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 229 min 595 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,2 faiz çoxdur. Keçən il oktyabrın 23-dək 158 min 83 ton pambıq tədarük olunmuşdu.

Qeyd edək ki, bu il pambıq yığımına 435 kombayn cəlb olunub. Sahələrdən məhsulun 90 faizinin kombaynlar vasitəsilə yığımı nəzərdə tutulur. Kombaynlarla kütləvi pambıq yığımına sentyabrın 24-də başlanılıb. “Aqrolizinq” ASC-nin yerli bölmələrində 34 ehtiyat kombayn var, zərurət yaranacağı təqdirdə bu kombaynlar da yığım prosesinə cəlb olunacaq.

Bu il Azərbaycanda 100 min 111 hektar ərazidə pambıq əkilib. Saatlı (13 min 741 hektar), Ağcabədi (10 min 452 hektar), Biləsuvar (10 min 257 hektar), Bərdə (10 min 140 hektar), Beyləqan (9 min 706 hektar), Sabirabad (8 min 630 hektar) və İmişli (7 min 492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardandır.

Aqrar,
23.10.2019 23:13 24
Teqlər: İqtisadiyyat.Az, aqrar,