Logo

Azərbaycanda orta aylıq əməkhaqqı artırılacaq - 850 MANAT


Azərbaycanda orta aylıq əməkhaqqı 2023-cü ildə 850 manata çatdırılacağı gözlənilir.

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində bildirilir ki, ölkə hökumətinin proqnozlarına əsasən, 2019-cu ildə Azərbaycanda orta aylıq əməkhaqqı 620,4 manat, 2020-ci ildə – 716,7 manat, 2021-ci ildə – 768,6 manat, 2022-ci ildə – 809,2 manat, 2023-cü ildə isə 849,9 manat təşkil edəcək.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqı 544,6 manat olub. (Apa.az)

Sosium,
23.10.2019 11:49 1166
Teqlər: İqtisadiyyat.Az, sosium,