Logo

Kənd təsərrüfatı məhsulları satanlar vergidən azad olunur - 10 illik


Azərbaycanda kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 10 il müddətinə vergidən azad olunur.

İqtisadiyyat.Az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Məcəllənin 218-1-ci maddəsinin ( Azadolmalar və güzəştlər) 218-1.1.1-ci bəndinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi – 2014-cü il yanvarın 1-dən 10 il müddətində vergidən azad olunur.

Qanun layihəsi Milli Məclisin 12, 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.(Apa.Az)

Vergi,
23.10.2019 11:43 33
Teqlər: İqtisadiyyat.Az, vergi,