Logo

İlham Əliyev Lənkərana 2,3 milyon manat ayırdı


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 2,3 milyon (iki milyon üç yüz min) manat ayrılıb.

Sənədlər,
22.10.2019 16:33 25
Teqlər: İqtisadiyyat.Az, sənədlər,