Logo

12 tondan çox arıçılıq məhsulu satılmayıb


Sentyabrın 28-dən oktyabrın 18-nə qədər Bakıda keçirilmiş Arıçılıq Məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasında 110 tona yaxın məhsul satılıb.

Bu barədə səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Leyla Məmmədova məlumat verib.

"Qida təhlükəsizliyi və keyfiyyət göstəricilərinə uyğun olan 122,2 ton arıçılıq məhsulu satışa buraxılıb. Yarmarka müddətində, ümumilikdə, 109,7 ton arıçılıq məhsulunun - 102,6 ton bal və 7,1 ton arı şanının satışı həyata keçirilib”,- o deyib.(Marja)

Biznes,
21.10.2019 15:40 32
Teqlər: İqtisadiyyat.Az, biznes,
İstinad: Report