Logo

Üzüm istehsalı 50 faiz artıb


Oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda 165,4 min ton üzüm yığılıb ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 54,2 min ton və ya 48.8% çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Texniki üzüm sortlarının yığımı noyabrın əvvəlinə qədər davam edir. Azərbaycanda üzüm əkinlərinin böyük hissəsi onların payına düşür. Süfrə növləri üzüm bağlarının dörddə birini təşkil edir.

Aqrar,
21.10.2019 19:00 25
Teqlər: İqtisadiyyat.Az, aqrar,