Logo

Azərbaycanın İranla ticarət dövriyyəsinin mənfi saldosu AZALIB


Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi 390 663,12 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 121 945,81 min dollar və ya 45,4% çoxdur.

Redaktor.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin doqquz ayında Azərbaycandan İrana ixracın dəyəri 27 748,88 min dollar, idxalın dəyəri isə 362 914,24 min dollar təşkil edib. Nəticədə 85 165,36 min dollarlıq mənfi saldo yaranıb.

Hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycan ixracı 7 141 min dollar və ya 34,6%, idxal isə 114 804,81 min dollar və ya 46,3% artıb. Ticarət mübadiləsi nəticəsində yaranan mənfi saldo illik müqayisədə 2,7 dəfə azalıb.

Biznes,
18.10.2019 17:33 27
Teqlər: İqtisadiyyat.Az, biznes,