Logo

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin müsbət saldosu ARTIB


Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Gürcüstanla apardığı ticarət mübadiləsinin həcmi 468 497,64 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 748,23 min dollar və ya 4,2% artıb.

Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, cari ilk doqquz ayında Azərbaycandan Gürcüstana ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 29 709,79 min dollar və ya 7,7% artıb, idxalın həcmi isə 10 961,56 min dollar və ya 17,1% azalıb.

Nəticədə hesabat dövründə 362 320,74 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 40 671,35 min dollar və ya 12,6% artıb.

Biznes,
18.10.2019 14:11 22
Teqlər: İqtisadiyyat.Az, biznes,