Logo

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb


Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Avropa İttifaqı ölkələri ilə apardığı  ticarət dövriyyəsinin həcmi 9 604,7 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 299,8 mln. dollar və ya 3,2% çoxdur.

Redaktor.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin doqquz ayında ötən ilin analoji dövrü ilə müqayisədə ixracın həcmi 221,5 mln. dollar və ya 2,9% artaraq 7 822,8 mln. dollara, idxalın həcmi isə 78,3 mln. dollar və ya 4,6% artaraq 1 703,6 mln. dollara bərabər olub.

Hesabat dövründə 6 040,9 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 143,2 mln. dollar və ya 2,4% çoxdur.

Biznes,
17.10.2019 15:13 23
Teqlər: İqtisadiyyat.Az, biznes,