Logo

Hazırlıq qruplarında təhsil alan oğlanlara əsgərlikdən möhlət hüququ verilməyəcək


"Hazırlıq qruplarının təşkil edilməsi üçün ali təhsil müəssisələrinə maraqlı tələbələr tərəfindən müraciətlər olunmalıdır. Nazirlər Kabinetinin qərarına əsasən, normativlərə uyğun olaraq ali təhsil müəssisələri hazırlıq qruplarını təşkil edə bilərlər".

İqtisadiyyat.Az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, qanunvericiliyə əsasən, hazırlıq qrupları səviyyəsində təhsil alan oğlanların əsgərlikdən möhlət hüququnun olmasına dair hər hansı bir norma yoxdur:

"Hazırlıq qrupunda təhsil aldıqda qanunvericiliyə əsasən hərbi xidmət çəkməlisən. Ali təhsilin bakalavriat və magistratura pilləsinə qəbul olan tələbələr möhlət hüququ qazanırlar".

Hazırlıq qrupları ilə bağlı təhsil haqqı məsələsinə gəldikdə isə nazir bildirib ki, bu məsələ dövlət tərəfindən tənzimlənmir:

“Çünki burada dövlət sifarişi hazırlıq qrupu ilə bağlı deyil. Deməli bu, ödənişli əsasla həyata keçirilir. Ödənişli əsasla da həyata keçirildiyi üçün bu təhsil haqqı təhsil müəssisələri tərəfindən müəyyən edilir".(Apa.az)

Təhsil,
17.10.2019 14:17 76
Teqlər: İqtisadiyyat.Az, təhsil,