Logo

Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir


Son bir il ərzində dövlət hesabına təhsil alan tələbələrin sayında ciddi artım baş verib.

İqtisadiyyat.Az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib. 

Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən ali təhsil müəssisələrinin fəaliyyəti təhsil haqqının hesabına təşkil edilir:

“Bu təhsil haqqı iki cür formalaşdırılır. Dövlət büdcəsindən təhsil alanların təhsil haqqı dövlət tərəfindən ödənilir. 2019-cu ildə bu cür təhsil alan tələbələrin sayı 66 faiz artıb. Lakin ödənişli  təhsil alan tələbələrin ödədiyi təhsil haqqları ali məktəblərin gəlirlərinin böyük hissəsini təşkil edir. Buna görə də ali məktəblər təhsil haqlarından asılı vəziyyətdədirlər. Təhsil Nazirliyi olaraq ali məktəblərə tövsiyə etmişik ki, təhsil haqqı ödənişlərini dərs ili başlayan zaman birdəfəyə deyil, hissə-hissə ödənilməsinə baxsınlar. Əminəm ki, əksər ali məktəblər məhz bu formada iş qurublar”.

C. Bayramov bildirib ki, hazırda ödənişli təhsil alan tələbələrə müxtəlif dəstək mexanizmləri hazırda müzakirə edilir:

“Təhsil kreditləri bu mexanizmlərdən yalnız biridir. Amma yeganə dəstək mexanizmi deyil və əlavə dəstək mexanizmləri üzərində iş gedir, hesablamalar aparılır, konkret olaraq hansı formada dəstək mexanizmləri olacaqsa, bu barədə növbəti aylarda daha geniş məlumat veriləcək”.

Təhsil,
17.10.2019 14:09 95
Teqlər: İqtisadiyyat.Az, təhsil,