Logo

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu 26% artıb


Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 3 280,2 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 574,2 mln. dollar və ya 21,2% çoxdur.

Redaktor.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 125,6 mln. dollar və ya 17,2% artaraq 853,3 mln. dollar, idxal isə 448,6 mln. dollar və ya 22,7% artaraq 2 426,9 mln. dollar təşkil edib.

Nəticədə hesabat dövründə 1 573,6 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 323 mln. dollar və ya 25,8% artıb.

Biznes,
17.10.2019 23:41 23
Teqlər: İqtisadiyyat.Az, biznes,