Logo

"5 mindən çox müəllimin maaşı 1000 manatı keçir" - Nazir


“Dörd min şagirdin sinifdə qalması bizi narahat edən haldır”. 

Bunu Təhsil naziri Ceyhun Bayramov YAP-ın mənzil qərargahında keçirilən mətbuat konfransında deyib. 

O qeyd edib ki, hazırda milyon yarım şagird dərs alır: “Şagirdin il ərzində 4 və daha çox fəndən müvəffəqiyyətsizliyi varsa, sinifdə saxlanıla bilir”.

Nazir müəllimlərin orta əməkhaqqı məsələsinə də toxunub: “Aparılmış islahatlar nəticəsində müəllimlər arasında orta əməkhaqqı 600 manat olub. Dərs yükündən və digər səbəblərdən asılı olaraq 1000 manatdan yüksək əməkhaqqı alanların sayı artıq 5 min nəfəri keçib”. (Qafqazinfo)

Təhsil,
17.10.2019 12:14 76
Teqlər: İqtisadiyyat.Az, təhsil,