Logo

“Standard İnsurance”ın kapitalı artırıldı


“Standard İnsurance” Sığorta Şirkətinin nizamnamə kapitalı artırılıb. 

Xəbər verdiymiz kimi, kapital mövqeyinin möhkəmləndirilməsi məqsədilə sığorta şirkətinin yeganə səhmdarı “AB Standard” QSC  “Standard İnsurance”ın nizamnamə kapitalının 1,6 milyon manat artırılmasına qərar vermişdi.   

Məlumata görə, hər birinin nominal dəyəri 100  manat olan, 16 000 ədəd adi adlı sənədsiz səhmlərin emissiyası dövlət qeydiyyatına alınıb.

“Standard İnsurance” Sığorta Şirkətinin nizamnamə kapitalı 12,6 milyon manata çatdırılıb. 

“Standard İnsurance” Sığorta Şirkəti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb.(Marja)

Sığorta,
16.10.2019 14:48 27
Teqlər: İqtisadiyyat.Az, sığorta,