Logo

BDU 142-ci, "Slavyan" 251-ci yerdədir


Bakı Dövlət Universiteti inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya ölkələrinin ən yaxşı universitetləri arasında 142-ci yeri tutub.

Bunu Britaniyanın QS agentliyi tərəfindən dərc olunan universitetlərin reytinqindən (QS EECA) görmək olar.

Bununla yanaşı, reytinqdə Xəzər Universiteti (161-170-ci yer), Azərbaycan Dövlət İqtisad Universiteti (181-190), Azərbaycan Memarlıq və İnşaat Universiteti, ADA Universiteti, Azərbaycan Dillər Universiteti (201-205), Bakı Slavyan Universiteti (251-300) yer alıb.

Regional sıralamada ilk iki yeri M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Novosibirsk Dövlət Universiteti tutub. Üçüncü yeri Sankt-Peterburq Dövlət Universiteti və Karlov Universiteti (Praqa) bölüşüb.

Reytinq siyahısına bölgədəki 2900-dən çox universitetdən ən yaxşı 350-si daxil edilib.

QS EECA reytinqi ali təhsil müəssisələrinin fəaliyyətini akademik nüfuz; işəgötürənlər arasında nüfuz; tələbə sayının professor-müəllim heyətinin sayına nisbəti; elmi dərəcəsi olan işçilərin, digər ölkələrdən dəvət olunmuş müəllimlərin, əcnəbi tələbələrin payları; internet-resursların səmərəliliyi; bir işçiyə düşən dərc olunmuş məqalələrin sayı; universitet alimlərinin elmi məqalələrindən sitat gətirilmə kimi meyarlar əsasında qiymətləndirib.

Təhsil,
16.10.2019 13:30 63
Teqlər: İqtisadiyyat.Az, təhsil,
İstinad: Report