Logo

Gürcüstanın xarici ticarət dövriyyəsi 0,5% artıb


Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 9 193,7 mln. ABŞ dolları təşkil edib.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,5% artıb. Xarici ticarətdə ixrac 2 719,2 mln. dollar, idxal isə 6 474,5 mln. dollar təşkil edib ki, nəticədə 3 755,3 mln. dollarlıq mənfi ticarət saldo yaranıb.(Apa.az)

Biznes,
15.10.2019 22:58 16
Teqlər: İqtisadiyyat.Az, biznes,