Logo

Bu rayonlarda qaz təchizatında FASİLƏLƏR YARANACAQ


Bakının Qaradağ rayonunda qaz təchizatında fasilələr yaranacaq.

“Azəriqaz” İB-dən verilən məlumata görə, bu gün saat 12:00-dan Qaradağ rayonu, Korgöz, AZNS, Qızıldaş qəsəbələrində bir qrup abonentin və bir neçə mühüm əhəmiyyətli obyektin qaz təminatında fasilələr yaranacaq. Bu zaman “Puta” qaz paylayıcı stansiyası  ərazisində qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yararsız vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri icra olunacaq.

Sosium,
14.10.2019 10:19 52
Teqlər: İqtisadiyyat.Az, sosium,