Logo

1152 ailə evlə təmin olunacaq - İLK MÜQAVİLƏ İMZALANDI


Abşeron rayonu ərazisində zəruri texniki infrastrukturu olan 1152 ailəlik yeni yaşayış məhəlləsi salınacaq.

İqtisadiyyat.az xəbər verir ki, yaşayış kompleksinə Sumqayıt şəhərində yataqxanalarda müvvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüəcək.

Yeni yaşayış məhəlləsinin layihələndirilməsi işləri başlayır. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Məkan-İnşaat” MMC ilə müqavilə bağlayıb. Müqavilə “Sumqayıt şəhərində yataqxanalarda müvvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Abşeron rayonu ərazisində zəruri texniki infrastrukturu olan 1152 ailəlik yeni yaşayış məhəlləsinin layihələndirilməsi”ni nəzərdə tutur.

Müqavilənin məbləği 363 min 353 manatdır. marja

Əmlak,
11.10.2019 12:46 1215
Teqlər: