Logo

Sentyabrda Azərbaycana rekord sayda turist gəlib - RƏSMİ


Bu ilin sentyabr ayında ümumilikdə 280 min nəfər Azərbaycan sərhədlərini keçib ki, bu da 2018-ci ilin sentyabr ayına nisbətən 48 min və ya 20,8% çoxdur.
İqtisadiyyat.Az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, ən yüksək artım İran və Mərkəzi Asiya ölkələrindən qeydə alınıb. İran üzrə artım 33 minlə iki dəfə, Mərkəzi Asiya ölkələri üzrə isə 88% qeydə alınıb. Gələn əcnəbilərin 6,7 min və ya 13%-dən çoxu Gürcüstanın, 5,3 min və ya 8%-dən çoxu Rusiyanın payına düşüb.
Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı rekord dərəcədə artıb ki, bu da ötən il ilə müqayisədə 231,8% artım deməkdir.
Cənubi Asiya ölkələri arasında Hindistandan (83,7% və ya 3 min), Yaxın Şərq ölkələri arasında isə Səudiyyə Ərəbistanından (96,1% və ya 3,8 min) gələn qonaqlar arasında kəskin artım müşahidə olunur.
Cari ilin yanvar-sentyabr dövründə Azərbaycana gələn xarici qonaqların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9,6% artaraq 2,4 mln-a çatıb.
Sentyabrda olduğu kimi, yanvar-sentyabr dövründə də gələnlərin əksəriyyətini (1,26 mln. və ya 52%) Rusiya və Gürcüstan vətəndaşları təşkil edib. Sonuncu üzrə artım 94,5 min və ya 21,7% olub.

Turizm,
11.10.2019 12:18 26
Teqlər: İqtisadiyyat.Az, turizm,