Logo

Türk Hava Yollarından istifadə edən sərnişinlərin sayı azalıb


Türk Hava Yollarının (THY) daşıdığı sərnişinlərin sayı Sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 1.1% azalıb. 

"Marja" THY tərəfindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, Sentyabrda daşınan sərnişinlərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 1.1% azalaraq 6.7 milyon olub.

THY-də doluluq nisbəti eyni dövrdə 0.6 bənd düşərək 82.9%-ə geriləyib.

Nəqliyyat,
10.10.2019 12:53 13
Teqlər: İqtisadiyyat.Az, nəqliyyat,