Logo

Metroda texniki problem yarandı


Bu gün  saat təxminən 11:45-də Bakı metrosunun hərəkət treaktoriyasında problem yaranıb.
Sərnişinlərdən birinin Yeniavaz.com-a verdiyi məlumata görə Həzi Aslanov-Dərnəgül xətti üzrə hərəkət edən qatarda texniki problem olub. Buna görə də intervalda təxminən 6-7 dəqiqə gecikmə olub. Həmin şəxs bildirib ki, maşinist qatarda texniki problem aşkar edilməsi haqqında sərnişinləri məlumatlandırıb. problem aradan qaldırılıb və qatarların hərəkəti bərpa edilib.
Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə yaratmağa çalışsaq da bu cəhdimiz cavabsız qaldı.

Nəqliyyat,
10.10.2019 12:30 13
Teqlər: İqtisadiyyat.Az, nəqliyyat,